İraqın Dövlət Neft Marketinq Korporasiyası Türkiyədən neft ixracına yenidən başlamasını tələb edib.
Demokrat.az xəbər verir ki, bu barədə Şimali İraq Kürd Regional Rəhbərliyinin Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, İraqın irəli sürdüyü tələbdən sonra bölgə neftinin Türkiyə üzərindən təkrar ixracına başlanacaq.
Neft ixracatının Türkiyədən Kərkük-Ceyhan boru kəməri ilə bərpa olunacağı deyilir.
Xatırladaq ki, İraqdan Türkiyəyə gündəlik ixrac olunan 450 min barel neft martın 25-dən bəri dayandırılıb.
Aysu Demokrat.az


