Dünya Özəl

33 yaşlı "Ralli" sürücüsü qəzada dünyasını dəyişdi

33 yaşlı Ralli sürücüsü qəzada dünyasını dəyişdi

33 yaşlı irlandiyalı ralli sürücüsü Kreyq Bren qəzada həyatını itirib.

Demokrat.az xəbər verir ki, Dünya Ralli Çempionatında (WRC) mübarizə aparan irlandiyalı sürücü sınaq sürüşü zamanı qəza keçirib.

Dərhal müdaxilə edilməsinə baxmayaraq o, dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan Brenin köməkçisi Ceyms Fulton xəsarət almayıb.

Beynəlxalq Avtomobil İdman Federasiyasının prezidenti Məhəmməd Ben Sülayem və 2022 "WRC" çempionu Fin Kall mərhumun ailəsinə, dostlarına və azarkeşlərinə başsağlığı verib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova