Avropa İttifaqı (Aİ) martın 20-də Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün Beynəlxalq İanə Konfransı təşkil edəcək.
Demokrat.az BBC-ə istinadən xəbər verir ki, konfransda Avropa Komissiyasının sədri və İsveçin baş naziri çıxış edəcəklər. Avropa Komissiyasının sədri Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək üçün bir araya gələcəklərini bildirib:
"Həmrəyliyimiz zəlzələdən sonrakı ilk saatlarda olduğu kimi güclü davam edəcək. Türkiyə və Suriya xalqlarına söz veririk, bu uzun yolda onlarla birlikdəyik”.
Aysu Demokrat.az


