Dünya Özəl

Bütün ölkələr “TikTok”u qadağan edəcək ?

Bütün ölkələr “TikTok”u qadağan edəcək ?

Çin sosial media platforması son günlər bir çox ölkədə müxtəlif sanksiyalara məruz qalıb.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Çinin “ByteDance” şirkətinə daxil olan “Tiktok” sosial media platformasına sanksiya tətbiq edən ölkələrin sayı artır.

Şirkətdən verilən açıqlamalarda tətbiqin istifadəçilərin məlumatlarına çıxışı olmadığı bildirilsə də, “TikTok”un iş və ya şəxsi telefonlarda qadağan edən ölkələrin sayı artır.

Bu yaxınlarda Kanada “TikTok”un istifadəsini qadağan edib. Kanada hökuməti tərəfindən fevralın 28-də verilən açıqlamada, qərarın Kanada İnformasiya Şurasının məxfilik və təhlükəsizlik riskləri yaratdığı üçün bu addımı atdıqlarını bəyan edib. Kanadanın Baş naziri, tətbiqin təhlükəsizlik problemi ilə bağlı kifayət qədər narahatlığının olduğunu söyləyib: "Bu, atmalı olduğumuz ilk və ya yeganə addım ola bilər".

Kanadanın bu addımı Avropa Komissiyasının oxşar “TikTok” qadağasından sonra atılıb. Avropa Birliyinin ən böyük qərar qəbul edən qurumlarından biri olan Avropa Komissiyası da kibertəhlükəsizlik səbəbi ilə fevralın 23-də minlərlə əməkdaşının telefonlarında “TikTok”dan istifadəni qadağan edib.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova