ABŞ Prezidenti Co Bayden Rusiyanın nüvə silahından istifadə edəcəyini düşünmədiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, Bayden bu haqda “ABC News”a müsahibəsində danışıb.
Bu qərarın “böyük səhv” olduğunu və məsuliyyətli bir hərəkət olmadığını qeyd edən Bayden, “Lakin mən bundan belə nəticə çıxarıram ki, Rusiya Prezidenti nüvə silahı və ya buna bənzər bir şey istifadə etməyi düşünmür”, - bildirib.
ABŞ lideri silahlara nəzarət müqavilələrinin hər iki tərəfin və dünyanın maraqlarına uyğun olduğunu vurğulayıb.


