Pakistanda sərnişin qatarı partlayıb.
Demokrat.az xarici mediaya istinadla bildirir ki, hadisə Pəncab əyalətində baş verib. Məlumata görə, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisə yerinə polis ve təcili tibbi yardım heyəti cəlb olunub.
Polisin ilkin açıqlamasında hadisənin başvermə səbəb göstərilmir.
Pakistan dəmir yollarının sözçüsü Baba Ali Raza ekspertlərin baş verən hadisəni araşdırdığını bildirib.
Hadisə yerinə cəlb olunan polis ve partlayıcı mütəxəssisləri araşdırmanı davam etdirir.
Arzu Demokrat.az


