Dünya Özəl

İsveç məhkəməsinin qalmaqallı qərarına AKP-dən SƏRT REAKSİYA

İsveç məhkəməsinin qalmaqallı qərarına AKP-dən SƏRT REAKSİYA

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik İsveç məhkəməsinin Stokholmda prezident Ərdoğana qarşı törədilən çirkin hücumu ilə bağlı qərarına reaksiya verib.

Demokrat.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Çelik bildirib ki, İsveçdə siyasi iqtidarla məhkəmə arasında tamamilə əks vəziyyət var.

"Bu, İsveçin milli maraqlarına ziddir. Terrorizmə qarşı mübarizə ilə bağlı qanunlara ciddi şəkildə yenidən baxılmalıdır. Burada açıq-aydın demək lazımdır ki, İsveçdə terrorçu qruplar bir həftə ara ilə 10-15 aksiya keçiriblər. Təsəvvür edin, Avropa Birliyinin üzvü olan bir ölkə dövlət başçısının saxta maketini düzəldib onun asıldığı yerdə nümayiş etdirir. Söhbət bizim prezidentimizdən gedir".

Çelik sözlərini belə davam etdirib: "Təsəvvür edin, İsveç NATO üzvü olsaydı, Türkiyə ilə masa arxasında terrora qarşı hansı yeni qərarlar verəcəyimizi və NATO-nun bundan sonra necə hərəkət edəcəyi müzakirə olunardı. O zaman NATO üzvü olan ölkədə sizin dövlət başçısına sui-qəsd modeli hazırlanardı, ancaq Türkiyə Cümhuriyyəti bunu qəbul etməzdi. Biz NATO-nun genişlənməsinin tərəfdarıyıq. Amma bir şərtlə ki, terrorla mübarizədə əməkdaşlıq artsın və bu məsələdə prinsipial yanaşma sərgilənsin. NATO-nun bəzi ölkələri terroru dəstəkləyir. Fransa belədir, ABŞ-ın YPG/PKK-ya dəstəyi göz qabağındadır. Bu, NATO-nun boşaldılması deməkdir. Əslində parlament sədrimiz düzgün qərar qəbul edərək, İsveç parlamenti sədrinin Türkiyəyə səfərini ləğv etdi və İsveç parlamentinin sədri də razılaşdı. O, İsveçdəki hərəkəti son dərəcə çirkin adlandırıb”.

Qeyd edək ki, İsveç məhkəməsi PKK terror təşkilatı tərəfdarlarının İsveçin paytaxtı Stokholmda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bənzədilmiş kuklanı ayağından asmasından sonra qalmaqallı qərar verib. Türkiyənin NATO-ya üzv olmaq üçün təsdiqini gözləyən ölkədə heç bir qanunsuz cinayətin törədilmədiyi bildirilib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova