Dünya Özəl

Rusiya gəmilərinin təmirini İrana həvalə etdi

Rusiya gəmilərinin təmirini İrana həvalə etdi

İranlı mütəxəssislər ilk dəfə olaraq, Rusiyaya məxsus quru yük gəmisini təmir etməyə başlayıblar.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki,İranın “Sadra” dəniz sənayesi şirkətinin mütəxəssisləri Xəzər dənizindəki limanda Rusiyaya məxsus quru yük gəmisini təmir etməyə başlayıblar.

İranlı mütəxəssislər Volqada buzla toqquşma nəticəsində yük gəmisinə dəyən ziyanı qeydə alıblar.

İlk dəfə Rusiyadangəmi təmir və modernləşdirmə üçün İranın “Sədra” Dəniz Sənayesi Şirkətinin Xəzər kompleksinə daxil olub.

Onu da qeyd edək ki, Rusiya və İranAvropanın şərqindən Hind okeanına üç min kilometr uzunluğunda yeni transkontinental ticarət dəhlizinin yaradılması ilə məşğuldur.Ekspertlərin fikrincə, ölkələr bu layihəyə 25 milyard dollara qədər sərmayə qoyacaq.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova