Fransada silahlı basqın zamanı 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Demokrat.az xəbər verir ki, hadisə paytaxt Parisdə baş verib.
"Le parise" nəşrinin məlumatına görə, naməlum şəxs əlindəki silahla ətrafdakı insanlara atəş açmağa başlayıb.
İlkin məlumatda basqın zamanı 3 nəfərin öldüyü, 4 nəfərin yaralandığı açıqlanıb.
Silahlı basqınla bağlı açıqlama verən Fransa polisi hadisə yerində bir nəfərin şübhəli şəxs qismində saxlanıldığını yayıb.
Hadisənin başvermə səbəbilə bağlı rəsmi məlumat verilməyib.Faktla bağlı araşdırmalar davam etdirilir.
Arzu Demokrat.az


