Almaniyada Çin səfirliyinə məxsus avtomobil Polşada tapılıb.
Demokrat.az İHA-ya istinadən xəbər verir ki, hadisə paytaxt Berlində baş verib.
Belə ki, Çin səfirliyinə məxsus 130 min avro dəyərində olan lüks avtomobil naməlum şəxs tərəfindən oğurlanıb.
Hadisədən xəbər tutan alman polisi hadisəyə anında müdaxilə edib. Oğurlanan avtomobilin Polşa istiqamətində hərəkət etdiyi müəyyənləşib.
Hadisə ilə bağlı məlumatlandırılan Polşa Sərhəd mühafizə xidmətinin əməkdaşları oğurlanan maşını ölkənin Rusocin kəndində ələ keçiriblər. Aparılan araşdırmalarda məlum olub ki, maşını oğurlayan 30 yaşlı Polşa vətəndaşıdir. O, məhkəməyə gətirilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Arzu Demokrat.az


