Hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 pilot öldü

DÜNYA 04 yan 2022, 10:14
İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterdə olan 3 pilotdan 2-si həlak olub.

Hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib.

“The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top