İmişlidə ər arvadını dəmir boru ilə döydü — Təfərrüat

KRİMİNAL 02 yan 2022, 11:31
İmişli rayonunda 1972-ci il təvəllüdlü Camal ailə münaqişəsi zəminində arvadı Laləni döyüb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyunun 25-də baş verib. Camal həmin gün saat 18.00-da yaşadıqları evin həyətində ailə-məişət zəmnində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Lalənin baş və bədən nahiyəsinə qəsdən bir neçə dəfə dəmir parçası və yumruq ilə vurub. 

İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Bu cinayət işi İmişli rayon Məhkəməsində araşdırılıb.

İstintaq orqanını gəldiyi nəticəyə görə, ər-arvadın 4 uşaqları var. 

Məhkəmə istintaqı zamanı Lalə hakimə ərizə təqdim edib və əri ilə barışdığını, ona cəza verilməməsini xahiş edib. Hakim də hökm çıxaran zaman ər-arvadın barışmasını nəzərə alıb və cinayət təqibinə xitam verib. Camal cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top