Kim Çen In 2022-ci ili “ölümcül mübarizə ili” adlandırdı

DÜNYA 01 yan 2022, 16:05
“2022-ci il “böyük ölümcül mübarizə” ili olacaq”.

Demokrat.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In ölkənin Koreya Fəhlə Partiyasının bayramöncəsi iclasında çıxışında deyib.

O iclas zamanı ABŞ və yaxud Cənubi Koreya ilə münasibətlərdən deyil, daha çox ölkənin daxili problemlərinə toxunub. 

Kim Çen Inın sözlərinə görə, 2022-ci ilin mübarizəsi – böyük ölümcül mübarizədir və sosializmin hərtərəfli inkişafı, böyük Şimali Koreya xalqı naminə zərrə qədər ləngimədən ona qalib gəlmək lazımdır. 

O həmçinin partiya və Şimali Koreya xalqının 2022-ci ildə uğur qazanacağından əminliyini ifadə edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top