Şri-Lanka İranın neft borcunu çayla ödəyəcək

DÜNYA 25 dek 2021, 09:22
Şri-Lanka hökuməti 251 milyon dollar borcunu ödəmək üçün İrana hər ay 5 milyon dollar dəyərində Seylon çayı göndərəcəyini açıqlayıb.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, Şri-Lankanın hökumətinin nümayəndəsi borcun çayla ödənilməsinin İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaları pozmayacağını bildirib.

Bundan əlavə, İran Ticarətə Dəstək Təşkilatının prezidenti Əlirıza Peymanpak da məsələ ilə bağlı açıqlama verib:

"Biz son danışıqlarda Şri-Lankada istehsal olunan çayın İrana olan borc və faizləri ödəmək üçün göndərilməyi ilə bağlı yazılı razılığa gəldik".

Qeyd edək ki, Şri-Lankanın ən mühüm ixrac məhsullarından biri olan çay ilk dəfə olaraq xarici borcun ödənilməsi üçün istifadə olunacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top