Masazırda şəhid İsmayıl Qasımovun il mərasimi keçirildi — FOTOLAR

SOSİAL 10 dek 2021, 15:57
Ölkəmizin bütövlüyü uğrunda silaha salıralaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən gizir Qasımov İsmayıl Sadıq oğlunun il mərasimi keçirilib. 

Demokrat.az xəbər verir ki, il mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.

Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Bir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, baş örtüyü və içəridə şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top