Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verdi

GÜNDƏM 30 noy 2021, 19:15
Türk Dövlətləri Təşkilatı helikopter qəzasıyla bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə qurumun “Twitter” səhifəsində paylaşım edilib.

“Bu gün Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin düşməsi xəbərini təəssüflə öyrəndik. Bu faciəli qəzada itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfalar diləyir, qardaş Azərbaycan xalqına və qəhrəman silahlı qüvvələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda bildirlib.
  Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top