DİN “TikTok”da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq etdi

HADİSƏ 19 noy 2021, 15:00
Bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

DİN-dən Demokrat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.

O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.

Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top