Azərbaycan XİN Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim edilmiş bütün ölkələrin COVID-19 vaksinlərinə hərtərəfli çıxışının təmin edilməsi ilə bağlı qətnaməyə verilən dəstəyə görə BMT ölkələrinə minnətdarlığını bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva tviter səhifəsində yazıb.
“Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş və Baş Assambleyanın qəbul etdiyi “Bütün ölkələrin COVID-19-a qarşı peyvəndlərə ədalətli, əlçatan, vaxtlı-vaxtında və hərtərəfli çıxışının təmin edilməsinə dair” qətnaməni dəstəkləmiş BMT-yə üzv ölkələrə minnətdarlığımızı bildiririk”, - paylaşımda deyilir.
Demokrat.az