Qaxda evdə partlayış: Xəsarət alan var

SOSİAL 17 noy 2021, 20:27
Qax rayonunda 84 yaşlı qadın yanıq xəsarətləri alıb.

Hadisə bu gün günorta saatlarında rayonun Qıpçaq kəndində baş verib.

1937-ci il təvəllüdlü Qıpçaq kənd sakini Məmmədova Nina Makrovna yuxarı ətrafların, aşağı ətrafların və üz nahiyəsinin yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 84 yaşlı qadının yaşadığı ünvanda yanıq xəsarətləri aldığı məlum olub. Ona 2-ci dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

İlkin məlumata görə, N. Məmmədova yaşadığı ünvanda qaz sızması nəticəsində yaranan partlayış səbəbindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top