Yolu keçən qadını maşın vurdu, onurğası əzildi

HADİSƏ 16 noy 2021, 09:35
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Baki-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Hüseynova Ellada Əlihüseyn qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bazu sümüyünün və onurğanın əzilməsi diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top