DTX-də Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi — FOTO

GÜNDƏM 07 noy 2021, 12:46
2021-ci ilin 6 noyabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında və Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər keçirilib.

DTX-nin mətbuat xidmətindən  verilən məlumata görə, tədbirlərdə Xidmətin əməkdaşları, Vətən müharibəsi qaziləri və Akademiyanın kursantları iştirak edib.
İlk öncə tədbir iştirakçıları DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin təhsil ocağının ərazisində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. “Şöhrət” muzeyində qonaqlara dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyanın yaranma tarixi və fəaliyyəti, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbərinin bu mühüm dövlət təsisatında keçdiyi şərəfli yol barədə məlumat verilib. Ziyarətçilər muzeydə Ümummilli liderin mənalı ömür yolunu əks etdirən fotostendlərlə və digər eksponatlarla yaxından tanış olub, Vətən müharibəsindəki şanlı Qələbəyə həsr olunan sənədli filmə tamaşa edib. Sonra kursantlarla Vətən müharibəsi qazilərinin səmimi görüşü baş tutub, qonaqlara hədiyyələr təqdim olunub.

Bunun ardınca DTX-nin Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirə qatılan qonaqlar əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət himni səsləndirildikdən sonra DTX-nin Mədəniyyət Mərkəzinin hazırladığı İkinci Qarabağ müharibəsindən bəhs edən film nümayiş olunub.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmi, qətiyyəti və yüksək sərkərdəlik bacarığı ilə aparılan 44 günlük haqq savaşında keçdiyi döyüş yolundan, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşlarının igidliyindən və şücaətindən söz açıb. Müharibə iştirakçılarına və şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan da danışan qəhrəman zabit F.İmrəliyev DTX əməkdaşlarının Silahlı Qüvvələrin Ali Baş Komandanının əmr və göstərişlərini bundan sonra da layiqincə icra etməyə hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top