“Dünya Qarabağ müharibəsində aparılan uğurlu informasiya prosesindən danışır” — Fəxrəddin Altun

SOSİAL MEDİA 06 noy 2021, 18:41
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə təbrik ünvanlayıb.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli media nümayəndələri, Azərbaycanın ədalətli mübarizəsini hər gün bir addım daha irəli aparan Radio və Televiziya işçilərinin peşə bayramı gününüz mübarək olsun. Sizin media fəaliyyətiniz Qarabağın azad olunması prosesində mühüm rol oynayıb. Siz dezinformasiyaya qarşı haqq və həqiqət uğrunda mübarizə apardınız. Bu informasiya mübarizəsində biz də iştirak etdik və birlikdə mübarizə apardıq. Bu səylərimiz komunikasiya sahəsində də çox müsbət nəticələr verdi. Qlobal media orqanları tərəfindən edilən qara təbliğat və dezinformasiyanı birlikdə iflasa uğratdıq. İnanıram ki, aparılan ədalətli mübarizə artıq tarixə keçmişdir. Bütün dünya Qarabağ müharibəsində aparılan uğurlu informasiya prosesindən danışır. Bu uğurdan böyük sevinc hissi keçirirəm.

Bu münasibətlə sizi Radio və Televiziya işçilərinin peşə bayramı günü münasibətilə təbrik edir, hamınızı sevgi ilə salamlayıram."

Demokrat.az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top