Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb. Bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.
Həkim-terapevt Vəfa Hüseynova Demokrat.az-a açıqlama verib.
O deyib ki, Azərbaycanda suçiçəyi peyvəndi məcburi peyvənd cədvəlinə daxil deyil və bir çox valideynlər onu vurdurmur:
“Peyvənd olunmayan uşaqların sayı artdıqca kollektiv immunitet zəifləyir, bu da yoluxmanı asanlaşdırır. Suçiçəyi çox yüksək yoluxucu xəstəlikdir və uşaq kollektivlərində tez yayılır. Tək bir yoluxmuş uşaq 10-12 nəfəri yoluxdura bilər. Xəstəliyin ilkin mərhələdə tanınmaması, uşaq hələ səpki çıxarmamışkən kollektivə getməsi digər uşaqlara da yoluxma imkanı yaradır. Suçiçəyi adətən soyuq fəsillərdə daha aktiv yayılır, çünki bağlı məkanlarda daha çox ünsiyyət olur. Pandemiya dövründə uşaqlar kollektivlərdən kənarda qaldığı üçün bir çox infeksiyalara qarşı təbii immunitet formalaşmayıb. İndi kollektivə qayıtdıqda bu infeksiyalar daha asan yayılır. Suçiçəyinə yoluxmada artımın qarşısını almaq üçün peyvənd əhatəsi artırılmalı, uşaq kollektivlərində monitorinq gücləndirilməli və yoluxmuş uşaqlar mütləq təcrid edilməlidir”.
Leyla Turan
Demokrat.az