Son zamanlar əməliyyat zamanı canlı yayın açan həkimlərin sayı artıb. Onlar bu yolla həm aktiv sosial şəbəkə istifadəçisinə çevrilir, həm də gördükləri işləri daha böyük kütləyə çatdıraraq pasiyent qazanırlar. Bir neçə gün öncə məşhur cərrahlardan birinin canlı yayın açması ilə bağlı araşdırma aparıldığı açıqlanıb. Bu hal cinayət tərkibi hesab edilirmi?
Demokrat.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, bu halda cinayət tərkibi yoxdur:
"Həkim əməliyyat zamanı hansısa tibbi qaydaları pozarsa, cinayət məsuliyyətinə cəlb oluna bilər. Mənəvi ziyanın dəyməsi də, həkimin cəzalandırılması ilə nəticələnər. Bu halda vətəndaş özü həkimi məhkəməyə verməlidir ki, əməliyyat zamanı onun görüntüləri icazəsiz paylaşılıb."
Əfsanə Kamal
Demokrat.az