Uşaqlar arasında əl-ayaq-ağız, "koksaki" xəstəliyi yayılıb. Kifayət qədər sürətlə yayılır xəstəlikdir. Yüksək temperatur fonunda əllərdə, ayaqlarda spesifik səpkilər, ağız boşluğunda isə içi maye ilə dolu səpkilər müşahidə olunur. Səpkilərə sağrı nahiyəsində, dirsək və diz büküşlərində də rast gəlmək olur.
Bununla bağlı pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanda uşaqlar arasında yayılmaqda olan QOQSA-Kİ ilə bağlı ciddi xəbərdarlıq edilir:
“Bu virus xəstəliyi əvvəlki illərdə də müşahidə olunsa da, bu il daha geniş yayılıb və valideynlər arasında çaşqınlıq yaradır. Çünki xəstəliyin simptomları bəzən suçiçəyi ilə qarışdırılır. QOQSA-Kİ virus xəstəliyi olub, antibiotiklərlə müalicə olunmur. Xəstəlik əsasən əllərin, ayaqların alt hissəsində və ağız içində səpkilərlə özünü göstərir. Başın tüklü hissəsində və bədənin digər nahiyələrində səpkilər müşahidə olunmur, bu da onu suçiçəyindən fərqləndirən əsas cəhətlərdən biridir. Əlamətləri ağız boşluğunda ağrılı yaralar, əl və ayaq altında qabarcıqlı səpkilər, yüngül hərarət, halsızlıq və iştahasızlıqdır”.
Həkim əlavə edib ki, xəstəliyin müalicəsi yalnız simptomatik şəkildə aparılır:
“Ağız spreyləri, antiseptik losyonlar və sakitləşdirici vasitələr istifadə olunmalıdır. Xüsusilə zelenka kimi vasitələrdən istifadə qəti qadağandır, çünki bu maddənin kanserogen təsiri ola bilər. İnfeksiyadan qorunma yolları uşaqların şəxsi gigiyenasına ciddi nəzarət, əllərin tez-tez yuyulması və virus daşıyıcısı olan uşaqların digərlərindən təcrid olunmasıdır. Təhlükəli olmamasına baxmayaraq, virusun yayılma sürətini azaltmaq üçün profilaktik tədbirlərə əməl olunması vacibdir. Uşaqlarda bu tip simptomlar müşahidə olunduqda özbaşına müalicə aparmaq əvəzinə, həkimə müraciət edilməlidir”.
Leyla Turan
Demokrat.az