Tramp Rusiya və Ukrayna ilə bağlı yeni addımlar atmaq niyyətindədir

DÜNYA 11 iyul 2025, 20:44

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı yeni addımlar atmaq niyyətində olduğunu bildirib.

O bu barədə jurnalistlərə açıqlamasında deyib.

Ağ Ev lideri Rusiya və Ukrayna ilə bağlı yeni addımlar atmaq niyyətində olduğunu bildirib, lakin konkret nədən danışdığını açıqlamayıb.“Bəzi şeylərin baş verdiyini görəcəksiniz", - Tramp Rusiyanın Ukraynaya hücumlarına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Tramp ötən gün bildirib ki, iyulun 14-də Rusiya ilə bağlı böyük bəyanatla çıxış etməyi planlaşdırır. O, təfərrüatları açıqlamayıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top