Bloger xanım yenə qayda pozur, əlini sükandan çəkib oyuncaq tapança ilə görün nələr edir — VİDEO

GÜNDƏM 11 iyul 2025, 20:56
“TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qayda larine ciddi şəkildə pozub. İdarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Hadisənin görüntüləri elə onun özü tərəfindən “TikTok” platformasında paylaşılıb. Kadrlarda görünür ki, Nailə Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində avtomobil idarə edərkən bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açır”. O, maşının pəncərəsindən kənara çıxardığı tapança ilə köpükləri digər avtomobillərə tuşlayaraq onların diqqətini yayındırır. Bu anlarda nəinki sürücülərin diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.

Daha da təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Nailə Nəcəfli digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, eyni zamanda elementar sürücülük məsuliyyətinə tamamilə ziddir.

Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır.

Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top