AKİAB üzvlərinin görüşü baş tutub — FOTOLAR

GÜNDƏM 11 iyul 2025, 20:01
Bakıda AKİAB üzvlərinin növbəti görüşü keçirilib. 

Demokrat.az
xəbər verir ki, görüşdə iştirak edən sahibkarlar arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub, yeni iş əlaqələrinin qurulmasına dair ilkin razılaşmalar əldə edilib.

Tədbirdə çıxış edən AKİAB üzvü Fuad Heydərli deyib ki, tədbirin əsas məqsədi üzvlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin təşviqi və biznes şəbəkəsinin genişləndirilməsidir:

“AKİAB platforması çərçivəsində təşkil olunan bu kimi tədbirlər üzvlər arasında həmrəyliyin artmasına, birgə inkişaf və uğurlu tərəfdaşlıqların formalaşmasına şərait yaradır. Biz birlikdə daha güclüyük”.

Görüş zamanı müxtəlif sahələr üzrə ideya və təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlığa dair konkret təkliflər səsləndirilib.





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top