YapiKredi Müraciət Forması
Sosial

Sumqayıtda yeni söküntü başlayır - VİDEO

Sumqayıtda yeni söküntü başlayır - VİDEO

Sumqayıtda yeni layihənin icrası aparılır. Köhnə binalar sökülür.

Demokrat.az xəbər verir ki, ilkin mərhələdə 21-ci və 4-cü məhəllədə qəzalı binaların sökülməsi işləri görülür.

Növbəti mərhələlərdə digər ərazilərdə də işlərin davam etdirilməsi nəzərdə tutulur. Artıq söküntü prosesinə daxil ediləcək binalarda inventarizasiya işləri aparılıb.

Mənzillərə görə ödəniləcək kompensasiyanın məbləği də sakinləri maraqlandıran əsas məsələlərdəndir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən XəzərXəbərə bildirilib ki, hazırda bu proses şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

B
Qeyd edilməyib