“Terrorsuz Türkiyə” planı Türkiyəni aşan, Yaxın Şərq coğrafiyası ilə bağlı hədəfləri olan plandır.
Bunu Demokrat.az-a açıqlamasında politoloq, tarix elmləri doktoru, Xəzər Universitetinin dosenti Telman Nüsrətoğlu deyib. O bildirib ki, bu plan Türkiyə üçün bir yüksəliş layihəsidir:
“Türkiyənin terrorla mübarizəsi uzun illərdir davam edir. “Pəncə-Kilit” əməliyyatları, Suriyanın şimalında həyata keçirilən əməliyyatlar terror qruplaşmasının böyük planlarını və arxasındakı qüvvələrin planlarını həyata keçirməsini əngəllədi. Aralıq dənizinə çıxışı olan bir terror dövləti qurmaq niyyətləri var idi. Amma Türkiyə Suriyanın şimalındakı əməliyyatlarla, indi də Suriyada yeni hakimiyyətin formalaşması və İraqdakı müqavilələrlə, demək olar, terroru bitirmək nöqtəsinə gəldi”.

Ekspert bildirib ki, çoxqütblü dünya düzəni qurulmaqdadır. Bu çərçivədə Yaxın Şərq də artıq əvvəlki olmayacaq:
“Bu regionda müxtəlif planlar həyata keçirmək istəyən dairələr də var. Bu baxımdan Türkiyənin “Terrorsuz Türkiyə” planı əslində Türkiyəni aşan, Yaxın Şərq coğrafiyası ilə bağlı hədəfləri olan plandır. Yəni terror təşkilatlarını tamamilə məhv etmək və Türkiyənin nüfuz dairəsini getdikcə genişləndirmək. Müəyyən dairələrin İranı, İraqı, Suriyanı parçalamaq, daha sonra Türkiyəni hədəf alaraq “Kürd dövləti” yaratmaq planları da var idi. Lakin Türkiyənin yüksələn milli müdafiə sənayesi, artan gücü, güclü ordusu məcbur edir ki, Türkiyə ilə hesablaşsınlar. Görünən odur ki, Türkiyə istəyinə çatacaq, gələcək dönəmdə Türkiyə regional güc yox, qlobal güc olaraq təsirli olacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az