
OS 11.13 (30945) üçün Telegram-ın Beta versiyası tapşırıq siyahıları yaratmaq imkanı təqdim edib.
Demokrat.az xəbər verir ki, bu barədə məlumat "Beta info"da qeyd olunub.
Bildirilib ki, hər siyahıda 30-a qədər maddə ola bilər. Funksiya həm şəxsi söhbətlərdə, həm də qruplarda mövcuddur.
Funksiya hazırda sınaq mərhələsindədir və son versiya buraxılana qədər dəyişdirilə bilər.
Android üçün Telegram-ın beta versiyasında tapşırıq siyahılarının nə vaxt görünəcəyi məlum deyil. Bütün mümkün platformalarda messencerin stabil versiyasında funksiyanın tətbiq olunma tarixi də məlum deyil./BAKU.WS