"WhatsApp"da yeni funksiya: Süni intellektlə səsli söhbət edəcəksiz

SOSİAL MEDİA 28 iyul 2025, 13:13
"WhatsApp" Android beta versiyasında istifadəçilərə mesaj göndərmək əvəzinə "Meta AI" süni intellekt köməkçisi ilə real vaxt rejimində səsli söhbətlər aparmağa imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Demokrat.az xəbər verir ki, artıq Android beta versiyasında (2.25.21.21) mövcud olan yeni funksiya "Meta AI" çatında dalğa forması ikonasına toxunmaqla aktivləşdirilir.

Bu xüsusiyyət hətta digər proqramlardan istifadə edərkən süni intellektlə səsli söhbətləri arxa planda davam etdirməyə imkan verəcək. (Lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top