Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

SOSİAL 16 sentyabr 2025, 12:52
Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək.

Bu barədə Demokrat.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top