Ağdam rayonunda 42 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Tacir yaşadığı evin həyətində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib.
Belə ki, o, zərərçəkmiş şəxsin əvvəllər aralarında baş vermiş münaqişələrlə bağlı ondan müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına şikayət etməsini irad tutduğundan şəxsi münasibətlər zəminində aralarında yenidən mübahisə yaranıb.
Mübahisə zamanı o, arvadının üzərinə gələrək bir dəfə sifət nahiyəsinə yumruq zərbəsi endirib və yerə yıxdıqdan sonra ardıcıl olaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Sonra isə saçlarından tutaraq yerdə sürüyüb.
Hadisəni törədən Tacirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxsi 2023-cü ilin yanvar ayından tanıyır: “Zərərçəkənlə həmin ilin yanvar ayından 2024-cü ilin aprel ayına qədər rəsmi nikah bağlamadan qeyri-rəsmi evli olmuşuq. Birgə evlilikdən bir övladımız var. Zərərçəkmiş şəxs ilə aramızda baş verən ailə mübahisələri səbəbindən ayrılmışıq. Buna baxmayaraq mütəmadi olaraq azyaşlı övladım Emil ilə maraqlanmışam, onun qayğısına qalmışam”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, növbəti günlərin birində Zəhraya zəng edib və azyaşlı oğlu Emili görmək istədiyini bildirib: “Zəhra da mənimlə razılaşdı. Zəhra və Emili taksi ilə Bərdə şəhərində yerləşən yaşadığı ünvandan Ağdam rayonunun qəsəbəsində yerləşən yaşadığım ünvana gətirdim. Onlar həmin tarixdən mənim yaşadığım ünvanda qaldılar. Hadisə günü gecəyarısı yaşadığım evdə olarkən Zəhra ilə aramızda mübahisə yarandı. O, məni nalayiq sözlərlə təhqir etdi. Bu zaman ona əsəbləşdim, yumruq ilə onun sağ gözündən zərbə vurdum, saçından tutaraq yerə yıxdım. Arvadımı yerdə sürüdüm, həmçinin sol qolundan, bədəninin müxtəlif nahiyələrindən, ayaqlarından yumruq zərbələri vurdum. Hadisə nəticəsində Zəhra sağ gözündən, sol qolundan, ayaqlarından xəsarətlər aldır. Bundan sonra hirsim soyuduğundan etdiyim əməldən peşman oldum. Zəhradan etdiyim hərəkətə görə üzr istədim. Sonradan zərərçəkmiş barəmdə Ağdam Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini bildim”.
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tacir aylıq qazancının 15 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az