Maştağada evə ilan girdi — FOTO

HADİSƏ 16 sentyabr 2025, 11:58
Bakıda, Maştağa qəsəbəsində yerləşən həyət evinə ilan girib.

Bu barədə Metbuat.az-a ev sahibi Ləman İdrissoy məlumat verib.

Ev sahibi bildirib ki, bu, ilk belə hadisə deyil: “Əvvəllər də yaşadığımız ərazidə ilanlar çox olurdu, hətta ən zəhərli növ olan gürzəyə də rast gəlmişik”.

Onun sözlərinə görə, ailə üzvləri bir müddət evdə olmayıb və qayıtdıqda ilanı otaqlardan birinin qapısında sıxışmış vəziyyətdə tapıblar:

“Həyətdə yonca çoxdur, bundan başqa, bu il su yaxşı gəlirdi. Bəlkə də kanalizasiyadan gəlirlər. Bu yaxınlarda birini də həyətdə ölü tapmışdıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top