Xırdalan şəhərində 35 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Səfər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zeynəblə mübahisə edib. Onların mübahisəsinə səbəb Zeynəbin ona növbəti dəfə evə gec gəlməsi, maddi dəstək olmaması ilə bağlı irad bildirməsi olub.
Bu zamanı aralarında mübahisə yaranıb. Aralarında yaranmış narazılıq sonradan dava-dalaşa çevrilib. Səfər əsəblərinə hakim ola bilməyib və Zeynəbin üzərinə hücum edib. O, qəsdən əl, yumruq arvadının zərbələri ilə sonuncunun qulaq, göz, çənə, sifət, baş, boyun, qol və bədəninin müxtəlif nahiyələrindən ardıcıl vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Səfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zeynəbi 1 ilə yaxındır tanıyır, onunla bir neçə ay qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb: “Bundan əvvəl mən 2017-ci ildə Günel ilə ailə həyatı qurmuşam və rəsmi nikahdan iki azyaşlı - 2019 və 2024-cü il təvəllüdlü övladlarım var. Günel ilə hazırda rəsmi nigahdayam. Bu ilin yanarın 11-də, saat 22 radələrində Zeynəblə birlikdə yaşadığım Xırdalan şəhərində yerləşən yaşadığım evə gəldim. Bir qədər sonra Zeynəb mənimlə evə gec gəlməyim üstündə mübahisə etməyə başladı. Bir qədər sonra aramızda mübahisə sakitləşsə də, Zeynəb yenə də, yanvarın 12-də, təxminən gecə saat 1 radələrində mənə ailəyə baxmadığımı, qayğı göstərmədiyimi və evə gec gəldiyimi sözlə iradla bildirdi. Bunun üçün əsəbiləşdim və onun üzərinə gedərək əl-yumruq zərbələriylə sifətindən, bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döydüm. Daha sonra isə yatdım”.
İş üzrə zərərçəkmiş Zeynəbin sözlərinə görə, Səfərlə qeyri-rəsmi münasibətdə yaşayıb: “Səfərlə olan münasibətimdən övladım yoxdur. Onunla əvvəllər münasibətlərimiz normal olsa da, son zamanlar evə gec gəlməsi və qayğı göstərməməsi üstündə aramızda sözlə mübahisələrimiz baş verib. Səfərdən ayrılmaq istəsəm də, buna razı olmayıb. Mənə söz verib ki, bir daha evə gec gəlməyəcəkdir”.
Zərərçəkmiş qeyd edib ki, yanvarın 11-də, saat 22 radələrində Səfər yaşadığı evə gəlib və bir müddət sonra onların arasında sözlə mübahisələri baş verib: “Mübahisəyə səbəb Səfərin evə pul gətirməməsinə, evə gec gəlməsinə irad bildirməyim olub. Yanvarın 12-də, gecə saat 1 radələrində Səfərlə aramızda həmin məsələ ilə, yəni evə gec gəlməsi və mənə maddi dəstək olmaması ilə bağlı söz mübahisəmiz olarkən əsəbiləşdi. Üzərimə gələrək məni döyməyə başladı. Əl və yumruq zərbələri ilə sifətimdən, gözümdən, qulağımdan, başımdan, qollarımdan, bədənimin müxtəlif nahiyələrindən vurdu. Mənə bədən xəsarətləri yetirdi. Bundan sonra isə mobil telefonumu əlimdən aldı ki, heç bir yerə zəng etməyim. Telefonum olmadığına görə polisə müraciət edə bilməmişəm. Həmin gün səhər saat 8 radələrində evdən gizli çıxdım və qonşuya getdim. Qonşudan polisə məlumat verməsini xahiş etdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkmə müddətində Abşeron rayonu hüdudlarını tərk etməsi qadağan olunub. Onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi tapşırılıb.
Bundan başqa, onun təyin olunan cəza müddətində saat 23:00dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanını tərk etməsi qadağan edilib. Habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az