Azərbaycan Rusiyadakı müsabiqədən imtina etdi

SİYASƏT 16 sentyabr 2025, 13:40
Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ermənistan hələ də iştirakını təsdiqləməyib, Azərbaycan isə ilkin təklifdən imtina edib.

Nazir qeyd edib ki, müsabiqədə 20-dən çox ölkə iştirak edəcək.

Rusiya, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası iştirakını təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top