Xalq artistinin nəşi Azərbaycana gətirildi

MƏDƏNİYYƏT 16 sentyabr 2025, 11:54
Xalq artisti Hacı Murad Yegizarovun nəşi Azərbaycana gətirilib.

"Report"un məlumatına görə, cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Xatırladaq ki, mərhumla vida mərasimi bu gün Təzəpir Məscidində keçiriləcək. 

Daha sonra M.Yegizarovun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top