Bərdədə yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ 24 avqust 2025, 18:16
Bərdədə yol qəzası olub.

"Report"un Qarabağ Bürosunun məlumatına görə, hadisə Alpout kəndində qeydə alınıb.

Belə ki, traktorla “Toyota Prius” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top