ABŞ Ukraynadakı münaqişənin altı aya həll olunacağını ümid edir

DÜNYA 24 avqust 2025, 19:22
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynadakı münaqişənin altı ay ərzində həll olunacağına ümid etdiyini bildirib.

“Report”un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti NBC News-a deyib.

"Qan tökülməsinin qarşısını almaq üçün fəal şəkildə diplomatiya aparan prezidentimiz var. Bu belə olmalıdır. Düşünürəm ki, amerikalılar bununla fəxr etməlidirlər. Nəticə nə olursa olsun, müharibə üç aya, ya da altı aya bitəcək, inşallah daha çox olmayacaq, biz fəxr etməliyik ki, qanı dayandırmağa çalışan prezidentimiz var", - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top