Kanada Ukraynaya 1,4 milyard dollarlıq hərbi yardım edəcək

DÜNYA 24 avqust 2025, 20:13
Ottava Kiyevə silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard dollar) ayıracaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Kanadanın Baş naziri Mark Karninin Mətbuat Xidmətinin bəyanatında deyilir.

Söhbət bu ilin iyununda G7 sammitindən sonra elan edilən yardım paketindən gedir. Ölkə hökuməti onu aşağıdakı şəkildə bölüşdürməyi planlaşdırır: 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, döyüş sursatı və partlayıcı maddələr, həmçinin PUA-ların alınmasına xərclənəcək.

Daha 680 milyon Kanada dolları (491,52 milyon ABŞ dolları) NATO-nun tərtib etdiyi Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq Amerika silahlarının tədarükü üçün istifadə olunacaq.
Bundan əlavə, 220 milyon Kanada dolları (təxminən 159 milyon ABŞ dolları) Ukrayna və Kanada sənayeləri arasında PUA-ların istehsalı və tədarükü, bu cür sistemlərə qarşı elektron və digər əks tədbirlər üçün birgə müəssisələrə investisiyalar üçün ayrılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top