"TikTok" yeni proqram hazırlayır — Bu tarixdən...

SOSİAL MEDİA 07 iyul 2025, 18:58
"TikTok" sosial şəbəkəsinin mütəxəssisləri ABŞ-də xidmətin potensial bloklanması səbəbindən mövcud olanı əvəz etmək üçün ölkə bazarı üçün yeni proqram hazırlayır.

Demokrat.az xəbər verir ki, bu barədə "The Information" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeni tətbiq hazırda "M2" adına malikdir, sosial şəbəkənin rəhbərliyi onu sentyabrın 5-də ABŞ tətbiq mağazalarında yerləşdirmək niyyətindədir.

ABŞ Prezidenti Donald Tramp iyunun 29-da "Fox News" telekanalına müsahibəsində bildirib ki, bir qrup çox zəngin insan "ByteDance"dən "TikTok"u almağa hazırdır.

İyunun 19-da Tramp ABŞ-də qısa videoların yaradılması və baxılması xidmətinin bloklanmasının möhlətini 90 gün müddətinə, sentyabrın 17-nə qədər uzatdığını açıqlayıb. Qanunun qüvvəyə minməsindən təxminən beş ay keçib ki, buna əsasən, ana şirkət "ByteDance" onu satmasa, "TikTok" ABŞ-də qadağan edilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top