ÜST-ün baş direktoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edildi

XARİCİ SİYASƏT 04 noy 2021, 12:24
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib.

Demokrat.az xəbər verir ki, o, təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Biz planetimizin sağlamlığını təmin etməliyik. Biz həmrəyliklə bu pandemiyadan üzağ çıxacağıq. Bu medala görə təşəkkür edirəm”, - o vurğulayıb.

Qeyd edək ki, təltiflə bağlı qərar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda açıqlanıb. 

ÜST-ün baş direktoru tədbirə videokonfrans vasitəsilə qatılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top