Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi

İDMAN 28 okt 2021, 00:03
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın doğulduğu evə tarixi abidə statusu verilib.

Bu barədə Argentina Prezidenti Alberto Fernandes sərəncam imzalayıb.
 
Tarixi abidə statusu alan ev Buenos-Ayresdə yerləşir. Maradona 1960-cı il oktyabrın 30-da həmin evdə anadan olub. Üç otaqdan ibarət olan evin yanında Maradonanın ilk məşqinə başladığı futbol meydançası var.
 
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də ürək çatışmazlığından dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top