Nigeriyada həbsxanaya hücum: 800 məhbus divarı partladıb qaçdı

DÜNYA 23 okt 2021, 22:20
Nigeriyanın Oyo vilayətində həbsxanaya silahlı hücum baş tutub.

Demokrat.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

Hücumdan nəticəsində həbsxanadan 800-dən çox məhbus qaçıb. Daha sonra qaçanlardan 250-dən çoxu saxlanılıb. 

Məlumata görə, silahlı şəxslərlə mühafizəçilər arasında toqquşma yaşanıb, bu vaxt məhbuslar dinamit partladaraq divarı dağıdıb və qaçıblar.

Qeyd olunur ki, bu, son 1 il ərzində ölkədə həbsxanalara edilən 3-cü silahlı hücumdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top