Azərbaycanın "İslahatçı Gənclər" İB nümayəndə heyəti Kiyevdə səfərdədir — FOTOLAR

DİASPOR 23 okt 2021, 12:37
Azərbaycanın "İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndə heyəti Ukraynanın Kiyev şəhərində səfərdədir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, "İslahatçı Gənclər" İctimai Birliyi ilə Kiyev Vilayəti İrpen Şəhər Gənclər Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İrpen şəhər meriyasında şəhər merinin iştirakı ilə baş tutan mərasimdə memorandumu İGİB sədri Fərid Şahbazlı və İrpen Şəhər Gənclər Şurasının sədri Olqa Bıçkova imzalayıb.

Memoranduma əsasən bundan sonra Azərbaycan və Ukrayna gəncləri hər iki ölkənin tarix və mədəniyyətini, eyni zamanda həqiqətlərini müxtəlif tədbir və layihələr vasitəsilə təbliğ edəcəklər. Bu səfər çərçivəsində hər iki ölkə gənclərinin mütəmadi qarşılıqlı səfərləri nəzərdə tutulub.

Memoranduma əsasən Ukraynanın İrpen şəhərində Azərbaycanın təbliği üçün müxtəlif formatlı tədbirlər və layihələr həyata keçiriləcək. İmzalanma mərasimində Ukraynanın fəal gəncləri, eyni zamanda Azərbaycan tərəfindən Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də iştirak edib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top