İranda Mərkəzi Bankının sabiq rəhbəri 10 illik həbs verildi

DÜNYA 16 okt 2021, 22:48
İranda Mərkəzi Bankının sabiq rəhbəri Vəliyullah Seif korrupsiyada ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

İRNA xəbər verir ki, bu barədə İran Ali Məhkəmənin rəsmi nümayəndəsi Zəbiyullah Xudaian məlumat verib.

Qeyd olunur ki, Mərkəzi Bankının sabiq rəhbəri 159,8 milyon ABŞ dolları və 20,5 milyon avro məbləğində vəsaitin qanunsuz olaraq dövriyyədən çıxarılmasında təqsirli bilinib.

Bununla yanaşı, məhkəmə İran Mərkəzi Bankın sabiq sədr müavini Seyid Əhməd Araqçını da valyuta vəsaitlərilə bağlı qanunsuz əməliyyatlara görə səkkiz il azadlıqdan məhrum edib./Oxu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top