ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni rədd edib. Sənəd Trampın ICE-nin fəaliyyəti ilə bağlı səlahiyyətlərini aşdığı iddiası əsasında təqdim edilmişdi.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Nümayəndələr Palatası çərşənbə axşamı bu ilin əvvəlində federal immiqrasiya əməkdaşlarının atəş açması nəticəsində ABŞ vətəndaşlarının öldürülməsi ilə bağlı Trampı icra hakimiyyətinin səlahiyyətlərindən sui-istifadədə ittiham edən impiçment təşəbbüsünü rədd edib.
Onun sözlərinə görə, qanunvericilər təklifin gündəmdən çıxarılması üçün 232 lehinə, 147 əleyhinə və 47 “present” səsi veriblər:
“Bu isə faktiki olaraq məsələnin baxılmaqdan çıxarılması deməkdir. Təşəbbüs Nümayəndələr Palatasında Demokrat liderlərin “present” səsi verməyi seçməsindən, yəni təşəbbüsə münasibətdə neytral mövqe tutmasından sonra uğursuzluğa düçar olub. Məhz bu mövqe nəticədə qətnamənin rədd edilməsinə kömək edib.
Səsvermə Trampın impiçmenti ilə bağlı konkret prosedurun davam etdirilməsinin qarşısını alıb. Lakin düşünürəm ki, siyasi və institusional müstəvidə mübahisə bununla aradan qalxmayıb.
Burada bir neçə məqam xüsusi diqqət tələb edir. Onlardan biri Demokratlar daxilindəki mövqe fərqliliyidir. Rəsmi nəticələrə istinad etdikdə görürük ki, 147 demokrat qətnamənin gündəmdən çıxarılmasının əleyhinə səs verib, 47 demokrat isə “present” mövqeyi tutub.
Bu, yalnız mövqe fərqliliyini deyil, həm də qarşıdakı siyasi mübarizə kontekstində mövcud fikir ayrılığının daha da dərinləşə biləcəyini göstərir.
Ona görə də baş verənləri Trampın daxili siyasətdə mövqeyinin tam möhkəmlənməsi kimi təqdim etmək, zənnimcə, düzgün olmazdı. Bu, daha çox, hazırkı Nümayəndələr Palatasının tərkibində impiçment təşəbbüsünün nəticə vermədiyini və administrasiyanın fəaliyyətini impiçment mexanizmi ilə məhdudlaşdırmaq cəhdinin uğursuz olduğunu göstərir.
Bununla belə, nəzarət və siyasi mübarizə davam edir”, - deyə Şəbnəm Həsənova fikrini tamamlayıb.
Nuray Paşşanlı