“İranla bağlı bəzi din xadimlərinin susması daha yaxşıdır” — Sabir Rüstəmxanlı

GÜNDƏM 14 okt 2021, 14:37
“Azərbaycandakı bütün din xadimlərinin İran-Azərbaycan gərginliyində səssiz qaldığını demək olmaz. İran və Azərbaycan arasında yaranan gərginliklə bağlı mətbuatda bəzi din xadimlərinin fikirlərinə rast gəlmişəm. Onlar müəyyən formada bu məsələyə münasibətlərini açıqlayıblar”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sabir Rüstəmxanlı bildirib.

İran və Azərbaycan arasında yaranan gərginliyə din xadimlərinin səssiz qalmasına münasibət bildirən deputat qeyd edib ki, bəzi din xadimlərinin susması daha yaxşıdır:

“Dərinə getsək, Azərbaycandakı dindarların, din xadimlərinin müəyyən hissəsi İranpərəstdir. Onların arasında İranda təhsil alanlar, yaxud hansısa məzhəbə bağlı olanlar var. Buna görə də, bu susqunluğun səbəbini bilmək olur. Bu baxımdan, azərbaycanlı din xadimlərinin İran-Azərbaycan gərginliyi barədə danışmalarına lüzum yoxdur. Əsas odur ki, Azərbaycanın mövqeyi məlumdur. Bu, iki dövlət arasında olan məsələdir. Dini dövlətə qatmaq olmaz. Buna görə də, onların susmaları problem deyil. Düşünürəm ki, İran tərəfi də getdikcə səhvini başa düşəcək və münasibətlər yumlaşacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top