Bakıda “London Taksi”nin nömrəsi oğurlandı

KRİMİNAL 14 okt 2021, 18:28
“London Taxi” markalı avtomobildə oğurluq hadisəsi olub.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də “London Taxi” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Ətrafında aparılan tədbirlərlə onun Yasamal RPİ tərəfindən borclu qismində axtarışda olması da müəyyən edilib.

Oğurladığı dövlət qeydiyyat nişanları isə idarə etdiyi “Tofaş” markalı avtomobilin üzərində aşkar edilərək götürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top